İranın Hərbi Dəniz Qüvvələri Xəzərdə beş günlük hərbi təlimə başlayıb. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, İslam Respublikası Şimali Donanması Hərbi Dəniz Qüvvələrinin admiralı Xordan Həkimi bildirib ki, təlim «Davamlı təhlükəsizlik» Adı altında İranın Xəzərdəki sularında iyulun 12-dək davam edəcək.
Onun sözlərinə əsasən, manevrlərin başlıca məqsədi döyüş şəraitində tapşırıqların yerinə yetirilməsidir.