İran TV dekoltedə Şakiranı göstərib
05 iyul 2013 05:18 (UTC +04:00)

İran TV dekoltedə Şakiranı göstərib

İspaniya ilə İtaliya arasında Braziliyada Konferderasiya Kuboku oyunu İranın üçüncü televiziya kanalı ilə yayımlanarkən, fanatları hiddətinə səbəb olmuş hadisə baş verib.

 

Lent.az-ın «nysuru»-ya istinadən məlumatına görə, qalmaqala səbəb meydanda baş verməyib. Oyunun gedişində kameralar bir neçə saniyəyə İspaniya yığmasının futbolçusu Jerar Pikin tamaşaçılar arasında oturmuş  xanımı məşhur müğənni Şakiranı göstərib. O, mavi rəngli dekoltedə, yaxsa və çiyni açıq koftada oturubmuş. 

 

Qeyd edək ki, İran hakimiyyətinin tətbiq etdiyi qaydalara əsasən, qadınların kişilərlə birlikdə futbola stadionda baxması qadağandır. Bundan başqa xaricdən yayımlanan bu sayaq oyunlar bir qayda olaraq, ölkədə ciddi senzuradan keçirilir.

 

Yerli müşahidəçilər Şakiranın ardınca Cenifer Lopesin də televizorda görünəcəyinə ümid ediblər. Onlar İran KİV-də «Oskar» mükafatının təqdim edilməsi mərasimində ABŞ prezidentinin xanımı Mişel Obamanın islamsayağı «geyindirilməsinin» də xatırlayırlar.

 

Onda ABŞ liderinin həyat yoldaş İrandakı 1979-cu il inqilabından bəhs edən «Arqo» filminin mükafata layiq görüldüyün elan etmişdi. Həmin tədbirdə M.Obama qolu, çiyni və yaxası açıq don olsa da, İran KİV onu İransayağı paltar «geyindirmişdi».

 

# 1315
avatar

Oxşar yazılar