İran təkliflərə hələ də cavab verməyib
04 aprel 2013 23:58 (UTC +04:00)

İran təkliflərə hələ də cavab verməyib

Avropa Birliyinin ali komissarı Ketrin Eşton aprelin 4-ü Ankarada jurnalistlərə açıqlamasında İranla Qərb arasında keçiriləcək növbəti nüvə danışıqlarından danışıb.

İranla “5+1” qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasındakı növbəti danışıqlar aprelin 5-i və 6-da Qazaxıstanın Almatı şəhərində keçiriləcək.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ali komissarı deyib ki, Almatı danışıqlarının nəticə verəcəyinə nikbin yanaşır: “Mən həmişə nikbin olmuşam. İndi də bu danışıqlara nikbin baxıram. Ancaq həmişə də demişəm ki, biz Tehrandan müsbət cavab gözləyirik. Hesab edirəm ki, İran Almatı danışıqlarında “5+1” qrupunun təklifinə cavab verməlidir”.

İran Ali təhlükəsizlik şurasının katibi Səid Cəlili isə bildirib ki, İslam Respublikası «uranın zənginlşədirilməsi haqqında» israr edir.

Onun sözlərinə görə, bu haqq “altılıq”la növbəti görüşdə “etiraf olunmalıdır”.


Atom Enerejisi üzrə Beynəlxalq Agentlikdəki İran təmsilçisi Ələsgər Soltaniya isə deyib ki, nüvə proqrammı “İranın daxili işidir”.

Xatırladaq iki, əvvəlik görüş bu ilin fevralında nəticəsiz başa çatıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505
avatar

Oxşar yazılar