İran Putinlə Ruhaninin görüşəcəyinə ümid edir
01 avqust 2013 07:30 (UTC +04:00)

İran Putinlə Ruhaninin görüşəcəyinə ümid edir

Bu ilin sentyabrında Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə İranın hökumət başçısı Həsən Ruhaninin görüşəcəyinə Tehran ümid bəsləyir.

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, İranın Moskvadakı səfiri Mahmudrza Səccadi məsələ ilə bağlı bildirib ki, Vladimir Putinlə Həsən Ruhani arasında Bişkekdə görüş keçiriləcək.

Qeyd edək ki, bir müddət öncə Ruhaninin andiçməsində Putinin iştirak edəcəyi ilə  bağlı xəbərlər də yayılmışdı. Sonradan bu xəbərə təkzib olundu.

Rusiya KİV yazmıışdı ki, Putin avqustun 12-13-də İrana səfər edəcək. Ancaq bu xəbəri də prezidentin mətbuat xidmətinin katibi Dmitrii Peskov təkzib edib. O, belə bir səfərin nəzərdə tutulduğunu, amma vaxtını hələ müəyyənləşdirilmədiyini bildirmişdi.

H.Ruhaninin andiçmə mərasiminə  isə Rusiya dövlət dumasının sədri Sergey Narışkinin gedəcəyi bildirilib. 

# 348
avatar

Oxşar yazılar