İran nüvə müzakirələri aparacaq nümayəndə heyətini müəyyənləşdirib
04 sentyabr 2013 20:09 (UTC +04:00)

İran nüvə müzakirələri aparacaq nümayəndə heyətini müəyyənləşdirib

 İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında nüvə müzakirələrini aparacaq nümayəndə heyətinin bütün üzvləri məlumdur. Lent.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə jurnalistlərə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib. Onun sözlərinə görə, heyət üzvlərinin adları Prezident Administrasiyası tərəfindən ictimaiyyətə açıqlanacaq.

 

M. Zərif həmçinin İran prezidenti Həsən Ruhaninin sentyabrın 17-də ABŞ-a səfər edəcəyini və proqramının da dəqiqləşdiyini deyib: “Artıq Həsən Ruhaninin BMT Baş Assambleyasının növbəti sessiyasında iştirakı dəqiqləşib. İran prezidenti Nyu-Yorkda üç çıxış edəcək. Bunlardan birincisi BMT Baş Assambleyasının sessiyasında olacaq, ikinci çıxış Qoşulmayanlar Hərəkatının baş katibi kimi nüvə silahların yayılmasının qarşısının alınması məsələsi ilə bağlı olacaq. Nəhayət İran prezidentinin sonuncu çıxışı Qoşulmayanlar Hərəkatının xarici işlər nazirlərinin toplantısında olacaq”.

 

İran XİN rəhbəri Nyu-Yorkda Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqlə görüşüb-görüşməyəcəyinin qarşı tərəfin davranışından asılı olacağını vurğulayıb.

 

M. Zərif İranın Suriya ilə bağlı ABŞ-a xüsusi mesaj göndərib-göndərmədiyi sualına cavab olaraq bunları deyib: “Biz ABŞ-a heç bir xüsusi mesaj göndərməmişik. Bizim Suriya məsələsində mövqeyimiz əvvəldən bəllidir. İran BMT Nizamnaməsi çərçivəsindən kənar hər bir hərəkətə qarşıdır. ABŞ və regiondakı bəzi ekstremist qüvvələr yeni müharibə axtarışındadır”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473
avatar

Oxşar yazılar