Ərzurumun Ağır Cinayətlərə dair 4-cü məhkəməsi İğdırda casusluqda şübhəli bilinən, ikisi İran vətəndaşı, biri Türkiyənin keçmiş hərbçisi olmaqla 3 nəfər barəsində hökm çıxarıb.
Lent.az-ın «Cihan» xəbər agentliyinə istinadən məlumatına görə, onlar «hərbi və siyasi məlumatları» İrana ötürərək, islam Respublikasının xeyrinə casusluq etməkdə suçlu bilinib.
Məhkəmə iranlı Şəhram Zərgam Xoeyiyə 15 il, Məhəmmədrza İsmailpur Əlimalikə 12 il 4 ay, keçmiş qvardiyaçı, Türkiyə vətəndaşı Timur Ağrıya isə 15 il həbs cəzası kəsib.