İran ayda bir hərbi manevr keçirəcək
15 aprel 2013 20:02 (UTC +04:00)

İran ayda bir hərbi manevr keçirəcək

İran Quru Qoşunları bu il 8 hərbi manevr keçirəcək. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran Quru Qoşunlarının komandanı, general-mayor Əhmədrza Purdəstan bildirib.

 

Onun sözlərinə görə, İran Silahlı Qüvvələri ölkənin quru, hava və dəniz sərhədlərini qorumağa qadirdir: “Ordumuz düşmənin bölgədə və ondan kənarda bütün hərəkətlərini müşahidə edir və ona görə davranır. Hazırda ölkə sərhədlərinə yönəlmiş hər hansı bir təhdid söz mövzusu deyil. İran Silahlı Qüvvələrinin və kəşfiyyat orqanlarının üstünlüyü düşmənə bölgədə hansısa bir addım atmağa imkan vermir”.

 

Ə.Purdəstan həmçinin deyib ki, 18 aprel - İran Silahlı Qüvvələr Günündə keçirilən paradda ölkənin ən son hərbi texnikaları nümayiş etdiriləcək.

# 424
avatar

Oxşar yazılar