«2013-cü ilin avqustundan İran nüvə müəssisələrində sentrifuqaların sayının artırmayıb».Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, «Frans press» Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) mütəxəssisinə əsaslanaraq, bu xəbəri yayıb.
AEBA-nın baş direktoru Yukia Amano isə bildirmişdi ki, İran uranın «20 faiz həddində zənginləşdirilməsini davam etdirir»
Qurumun başçısı Tehrana səfərindən sonra İranın nüvə proqramının kompleks olduğundan mübahisəli mövzuların «bir gecəyə həll edilməsinin mümkünsüzlüyünü vurğulayıb: «Ona görə də «addım-addım» proqramını əsas olaraq qəbul etdik. Yəni qalan mübahisəli məsələlər bu prinsip əsasında aradan qaldırılacaq».
Xatırladaq ki, oktyabrın sonunda İran parlamentinin xarici işlər və müdafiə üzrə komissiya sədrinin müavini Seyid Hüseyn Hakavi-Hüseyni də bildirmişdi ki, Tehran «uranın 20 faizədək zənginləşdirilməsini dayandırıb» : «Hazırda bizim yetərincə zənginləşdirilmiş uranımız var. Ona görə də əlavə zənginləşdirməyə ehtiyac yoxdur. Zənginləşdirmənin dayandırılması haqda danışıqlar mənasızdır. Çünki biz heç nəyi zənginləşdirmirik».
Ondan sonra AEBA oktyabrın 26-da İranın uranın 20 faiz zənginləşdirməsi ilə bağlı atom-nüvə proqramını dayandırmasına dair heç bir dəli-sübut olmadığını bəyan etmişdi.