İran atom danışıqlarında İsrailin iştirakına qarşıdır
30 noyabr 2013 06:12 (UTC +04:00)

İran atom danışıqlarında İsrailin iştirakına qarşıdır

İranın atom-nüvə problemi ilə bağlı danışıqlara İsrailində qatılacağına dair xəbərlər yayılmışdı.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, İslam Respublikasının xarici işlər naziri Məhəmmədcavad Zərif noyabrın 29-da jurnalistlərə açıqlamasında bildirib ki, israillilərin cəlb ediləcəyi danışıqlarda «Tehran iştirak etməyəcək».

 

Zərif qeyd edib ki, bütün dünya ilə danışıqlara hazır olsalar da, «Fələstin torpaqlarını işğal edən bir rejimlə müzakirədə iştirak etmək istəmirlər».

 

Xatırladaq ki, bir müddət öncə İsrailin baş naziri Binyamin Netaniyahu Cenevrədə Tehranın atom-nüvə problemi ilə bağlı əldə edilən razılaşmanı dəyərləndirərək, demişdi: «Mənə aydın oldu ki, bu anlaşma həm İran, həm də dünya üçün pisdir»

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533
avatar

Oxşar yazılar