İranla Ermənistanın niyyəti : milyardlıq ticarət dövriyyəsi
08 avqust 2013 03:51 (UTC +04:00)

İranla Ermənistanın niyyəti : milyardlıq ticarət dövriyyəsi

Beynəlxalq sanksiyalara baxmayaraq, İran İslam Respublikası ilə Ermənistan arasında illik ticarət dövriyyəsi 380 milyon dolları aşıb.

 

Lent.az-ın Ermənistan informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda İran-Ermənistan ticarət-sənaye palatasının başçısı Levon Aqaronyan bildirib.

 

 

«İranla Ermənistan arasında illik ticarət dövriyyəsi 380 milyon dolları aşıb. Bunun  90 faizi İslam Respublikasından ixra olunan malların payına düşür» -deyə, Aqaronyan söyləyib.

 

Onun sözlərinə əsasən, tərəflər bu rəqəmi bir milyarda qaldırmaq niyyətindədirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 601
avatar

Oxşar yazılar