İordaniya hakimiyyəti Qırmızı dənizdən «Ölü» dənizə su çəkmək niyyətində olduğunu elan edib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu layihənin bir milyard dollara başa gələcəyi ehtimal olunur.
Krallığın baş naziri bildirib ki, bu layihə gerçəkləşəcəyi halda İordaniya hər il 100 milyon kub metr şirin su ala biləcək.
Xatırladaq ki, İordaniyada daxil olmaqla Yaxın Şərq bölgəsi şirin su çatışmazlığından əziyyət çəkir. Mütəxəssislərin fikrincə, «Ölü» dəniz 2050-ci ildə quruya bilər.
Bununla yanaşı ekoloqlar başqa dənizə su axıdılmasının Ölü dənizin nadir ekosisteminə ciddi təsir göstərəcəyindən ehtiyatlanır.
Bu dəniz İsraillə İordaniyanın sərhədində yerləşir.