İordaniya nüvə reaktoru tikməyi qərara alıb
21 avqust 2013 07:52 (UTC +04:00)

İordaniya nüvə reaktoru tikməyi qərara alıb

İordaniyanın nüvə məsələləri üzrə komissiyası ölkədə araşdırma məqsədi ilə ilk atom reaktorunun tikilməsi haqda layihəni təsdiqləyib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, həmin mərkəz ölkənin şimalında İrbid şəhəri ətrafındakı elm və texnologiya üzrə Universitetin ərazisində salınacaq.

 

Komissiyanın başçısı Məcəd Hauri bildirib ki, bu layihə iki illik araşdırma və yoxlamanın nəticəsidir.

 

 

İlk reaktorun tikintisi Cənubi Koreyanın «Daewoo Engineering and Construction Co» şirkətinə həvalə edilib. Onun  2016-cı ildə istismara veriləcəyi gözlənilir.

 

Layihənin dəyəri 130 milyon dollardır. Onun 70 milyon dollarını Cənubi Koreya sərmayə şəkilində ölkəyə yatırdacaq.

 

Tenderdə qalib gəlmək üçün Rusiyanın «Atomstroyeksport», Fransanın «Areva» konsorsiumu və Yaponiyanın «Mitsubishi» şirkəti mübarizə aparır.

 

Mənbənin xatırlamasına əsasən, İordaniya bu texnologiyaya ən çox ehtiyacı olan ölkədir. Ölkə ərazisinin 92 faizi çöllükdür. Suya olan tələbatının 98 faizi idxal olunur. Atom enerjisi isə duzlu suyu  içməliyə çevirəcək zavod üçün vacibdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 445
avatar

Oxşar yazılar