Rusiya prezidenti İnquşetiyanın başçısı Yunisbəy Yevakurovun istefasını qəbul edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, respublikada prezident seçkisi keçirilənədək o, prezidentin səlahiyyətlərini müvəqqəti icarçısı olacaq.
«Mən sizdən xahiş edirəm ki, istefamı qəbul və İnquşetiyada seçkiyədək prezident səlahiyyətlərini müvəqqəti icraçısı təyin edəsiniz» -deyə, o, Rusiya prezidenti Putinlə görüşündə bildirib.
İnquşetiyada respublikanın başçısını yerli parlament seçir. Məlumata əsasən, Yevakurov qarşıdan gələn seçkidə namizdə olaraq, iştirak etmək niyyətindədir.