Bu gün səhər saatlarında İndoneziyada 5,8 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Yava adası olub.
Dağıntı və tələfat, o cümlədən sunami təhlükəsi barədə məlumat daxil olmayıb. Bu, son günlər İndoneziyada baş verən üçüncü güclü zəlzələdir. İyulun 6-da 6,4 bal, iyulun 2-də isə 6,2 bal gücündə zəlzələ baş verib. İyulun 2-də baş verən zəlzələ 35 nəfərin ölümünə, yüzlərlə insanın xəsarət almasına səbəb olub.