İndoneziyanın paytaxtı Cakartada metro olacaq. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, hakimiyyət hələ 20 il öncə paytaxtda metro tikmək niyyətində olduğunu açıqlamışdı.
Mayın 2-də Cakartanın meri metronun birinci xəttinin tikintisinə məsul olan podratçını elan edib.
Yeraltı və yerüstü məntəqələri daxil olmaqla layihənin ümumi dəyəri 1,6 milyard dollardır.
İlk metro xəttinin 2017-ci ildə istismara veriləcəyi gözlənilir