İndoneziyada 7,1 bal gücündə zəlzələ
28 fevral 2015 06:04 (UTC +04:00)

İndoneziyada 7,1 bal gücündə zəlzələ

İndoneziyanın Şərqi Nusa-Tenqara əyaləti sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əyalətin Flores bölgəsindən 104 km şərqdə qeydə alınıb.

 

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. İndoneziyanın  Milli Meteorologiya və Geofizika İdarəsinin yaydığı məlumata görə, sunami təhlükəsi yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 117
avatar

Oxşar yazılar