Bu gün səhər saatlarında İndoneziyanın Sumatra adası sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Geologiya Xidməti zəlzələ ocağının Sunqaypenux şəhərindən 154 km cənub-qərbdə, 23 km dərinlikdə yerləşdiyini açıqlayıb.
Sunami təhlükəsi yoxdur. Dağıntı və tələfat barədə məlumata verilmir.
Xatırladaq ki, iyulun 2-də İndoneziyada 6,2 bal gücündə zəlzələ olub, 40 nəfər həyatını itirib.