Ölkədə baş verənlərə baxmayaraq, iyulun 6-da Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin, daxili işlər naziri Həbib əl-Ədl və 2011-ci ilin yanvarındakı etiraz aksiyaları iştirakçılarının qətlində ittiham olunan başqalarının məhkəmə proses davam edib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, məhkəmə prosesi az sürüb və avqustun 17-də davam etdiriləcək.
Xatırladaq ki,iyunun 11-də də məhkəmə prosesi təxirə salınmışdı.
Onda Qahirənin cinayət məhkəməsi Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin oğlanları Əlaa Mübarək və Qamal Mübarəkin nəzarət altından buraxılması haqqında qərar qəbul etmişdi. Buna səbəb kimi onların saxlanılması müddətin başa çatması göstərilib.
Bununla belə onlar hələ daha bir müddət təcridxanada saxlanılacaq. Çünki Mübarək qardaşlarına qarşı cinayət məcəlləsinin bir neçə maddələri üzrə iş qaldırılıb.
Ölkənin uyğun qanuna əsasən, ittiham irəli sürülməzdən mütəhhim 18 aydan artıq nəzarət altında saxlanıla bilməz. Qardaşlar isə korrupsiya ittihamı çərçivəsində bu müddət həbsdə olub. Bununla belə iyunun 11-də keçmiş dövlət başçısının oğlanlarına qarşı maliyyə bazarındakı «fırıldağa görə» də məhkəmə dinləməsinin keçiriləcəyi gözlənilirdi.
2012-ci ildə məhkəmə Hüsnü Mübarəki nümayişçilərin qətlində və vəzifədən sui-istifadə ittiham edərək, ömürlük azadlıqdan məhrum etmişdi.