Niderland hakimiyyəti kiber cinayətlərə qarşı mübarizə məqsədi ilə polisin səlahiyyətini artırmaq niyyətindən olduğunu bildirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, yeni qanun layihəsinə əsasən, casus proqramları müəyyən etmək üçün polisə kompüter proqramlarını sındırmaq hüquq veriləcək. Bununla da onlar belə elektron yazışmalarla bağlı qovluqları məhv edəcək.
Bundan başqa xaricdəki təchizat mənbəyinə də polisin müdaxilə etmək imkanı olacaq.
Hollandiya hökuməti əmin edib ki, bu fəaliyyət üçün məhkəmənin uyğun razılığı alınacaq.
Qanun layihəsinə qarşı çıxanlar isə bunu azadlığın məhdudlaşdırmasına qarşı yersiz tədbir kimi qiymətləndiriblər.