Hollandiya «ata görə» ət məhsullarını qaytarır
11 aprel 2013 03:51 (UTC +04:00)

Hollandiya «ata görə» ət məhsullarını qaytarır

Hollandiya hakimiyyəti at əti ilə qarışdırılmasında şübhəli bilinən 50 milyon ton mal ətinin geri qaytarılması elan edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hollandların qidaya nəzarət edən qurğuları hələlik ətin tərkibini müəyyənləşdirməyib.

 

Məsələ ilə bağlı ölkənin 130-dan artıq ət emalı ilə məşğul olan şirkətində yoxlamanın aparılacağı gözlənilir.

 

Xatırladaq ki, bu ilin yanvarında Britaniya və İrlandiyada malı ətində at əti aşkarlanmışdı. Bundan sonra həmin zəncir bütün Avropa ölkələrində aşkar edildi. 

# 476
avatar

Oxşar yazılar