Mukeş və Anil Ambani qardaşları Hindistanın ən varlı adamları siyahısında uyğun olaraq, birinci və 8-ci yeri tuturlar.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, onlar ölkənin Milli valyutası rupinin dəyərdən düşməsi nəticəsində 6,9 milyard dollar ziyana düşüb.
Mukeş Ambani Hindistanın ən iri özəl «Reliance Industries Ltd» neft-qaz şirkətinə başçılıq edir. Bu ilin mayında onun gəliri 24 faiz, yaxud 5,6 milyard dollar azalıb.
«Reliance Communications Ltd» Mobil operator şirkətinin başçısı Anil Ambaninin 1,3 milyard dollar, yaxud varidatının 17 faizini itirdiyi bildirilib.
Mənbənin xatırlamasına əsasən, avqustun 22-də bir dollar 64,9065 rupiyə satılmaqla tarixi rekorda çatıb. Bu ilin əvvəlində isə bir dollar 55 rupi olub.
Onu da qeyd edək ki, 1991-ci ildən bəri Hindistan düşdüyü iqtisadi böhrandan çıxa bilmir.