Hindistanda Rusiya istehsalı olan sualtı qayıq batıb
15 avqust 2013 05:51 (UTC +04:00)

Hindistanda Rusiya istehsalı olan sualtı qayıq batıb

Rusiyada tikilmiş Hindistan Hərbi Dəniz Donanmasına məxsus «Sindurakşak» sualtı qayığı istehsal olunduğu ölkədən təmir və modernləşdirmədən qayıtdıqdan sonra avqustun 14-də yanğın nəticəsində batıb.

 

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Hindistan Hərbi Dəniz Donanmasının baş komandanı admiral D.K.Coşi bildirib ki, sualtı qayğını göyərtəsindəki 18 dənizçi həlak olub.

 

Mənbənin xatırlamasına əsasən, Mumbaidəki hərbi limanda dayanarkən qayığının göyərtəsində güclü partlayış və yanğın baş verib. Partlayışda 3 nəfər həlak olub. Bir neçə saatdan sonra yanğın söndürülsə də qayıq batıb. Hazırda onun üst hissəsi görünür.

 

«Sindurakşak» ilə yanaşı duran «Sinduratna»-nı olay yerindən uzaqlaşdırılıb. Bununla belə o da zədələnib.

 

Qəzanın baş vermə səbəbi araşdırılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501
avatar

Oxşar yazılar