Hindistanda redaktor zorlamada şübhəli bilinir
24 noyabr 2013 05:10 (UTC +04:00)

Hindistanda redaktor zorlamada şübhəli bilinir

Hindistan polisi ölkənin aparıcı jurnalının baş redaktorunun öz həmkarına, gənc qadına qarşı seksual cinayətini araşdırır.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu olay Hindistanda etiraza səbəb olub. Olay baş verən Qoa ştatını polisi «Tehelka» jurnalının əməkdaşlarını sorğu-sual edib. Bu dərgi  hakimiyyətin korrupsiya əməlləri və kriketdə danışılmış oyunları araşdırmaları tanınır.

 

Adı çəkilən cinayətdə şübhəli bilinən tanınmış jurnalist Tarun Tecpal bildirib ki, yarım illiyinə redaktor səlahiyyətlərini dayandırıb.

 

Tecpal üzrxahlığında baş verənləri «yanlış dəyərləndirmə» və «dəhşətli anlaşılmazlıq» adlandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1251
avatar

Oxşar yazılar