Hindistanda “donuz qripi” epidemiyası: 400 ölü
11 fevral 2015 22:52 (UTC +04:00)

Hindistanda “donuz qripi” epidemiyası: 400 ölü

Hindistanda ilin əvvəlindən azı 407 nəfər “donuz qripi” virusundan (H1N1) ölüb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Hindistanın səhiyyə nazirliyi bəyan edib.

 

Virusa yoluxanların sayı isə 5 507-yə çatıb. Ən çox xəstələnənlər  paytaxt Dehli və ölkənin qərbindəki Qucarat ştatının sakinləridir. Turistlər arasında populyar olan Qoa və Kerala ştatlarında da bir neçə yoluxma halı qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 206
avatar

Oxşar yazılar