Ölkənin yoxsul təbəqəsini ucuz yeməklə təmin etmək üçün Hindistan parlamentinin Aşağı Palatası 18 milyard dollardan artıq maliyyə vəsaitinin ayrılması haqda qanun layihəsini qəbul edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, deputatların fikrincə, bu, ölkədə əhalinin önəmli bir hissəsinin alığına qarşı mübarizə istiqamətində atılmış mühüm bir addımdır.
Sənədə əsasən, Hindistan əhalisinin 70 faizi ucuz düyü və taxıl əldə edə bilməlidir.