Avqustun 3-də İranın yeni prezidenti Həsən Ruhaninin and içəcək. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, iyulun 8-də bu haqda ölkə məclisi sədrinin müavini Məhəmmədrza Bahünər açıqlama verib.
O, bildirib ki, təntənəli mərasimdə ölkənin ali lideri ayətullah Seydi Əli xamneyi də iştirak edəcək.
Rəsmi şəkildə səlahiyyətlərinin icrasına başlayandan sonra iki həftə ərzində o, parlamentə yeni hökumətin siyahısına təqdim etməlidir.
Məclis isə öz növbəsində 10 gündə nazir vəzifələrinə təqdim olunan yeni namizədləri təsdiqləməlidir.