İslam Respublikasının prezidenti Həsən Ruhani özündən əvvəlki hökumət başçıları kimi Ermənistana xoş, səmimi münasibətini açıqlayıb.
Lent.az-ın «Press TV»-yə istinadən məlumatına görə, o, Ermənistanın enerji və təbii sərvətlər naziri Armen Movsisyanı Tehranda qəbul edib.
Görüşdə tərəflər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, mədəni və iqtisadi əlaqələrin gücləndirilməsində fəallığın artırılmasının mümkünlüyünü vurğulayıblar.
İran prezidenti Həsən Ruhani Ermənistanla birgə iqtisadi layihələrin işlənilməsində maraqlı olduqlarını söyləyib.