İran prezidenti Həsən Ruhani Suriyaya ehtimal olunan istənilən hərbi əməliyyatın ABŞ-ın «dostlarının zərərinə» olacağını söyləyib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, Dini Ekspertlər Şurasının toplantısındakı çıxışında bildirib: «Suriyanın təhlükəsizliyi və istiqrar İran üçün son dərəcə önəmlidir. Bu məsələdə İslam Respublikasının da üzərinə məsuliyyət düşür».
O, dini və humanitar baxımdan İranın suriyalılara yardım edəcəyini söyləyib.
«İstənilən təcavüz yalnız bölgəyə deyil, ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinə mənfi təsir edəcək»- deyə, Həsən Ruhani bildirib.