Misirin hərbi komandanlığı «Müsəlman qardaşları» hərəkatına ultimatum verib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə,hərbçilərin ultimatumunda bildirilib ki, 48 saat müddət ərzində onlar ölkədə gedən siyasi proseslərə qoşulmalıdır.
«Siz öz strategiyanızı dəyişməli və bu cümə (iyulun 26-da – red.) küçə yürüşlərinə son verməlisiniz»-deyə, hərbçilər vurğulayıb.
Hərbçilər əlavə edib ki, ultimatumun müddəti başa çatdıqdan sonra onlar pozculuq fəaliyyəti göstərənlərə qarşı mübarizə üsulunu dəyişəcəklər.
Hərbi komandalıq «Müsəlman qardaşları»na qarşı mübarizədə atacaqları addımı dəqiq ifadə etməyiblər.
«İyunun 3-da baş vermiş inqilab hərbi çevriliş deyil, xalqın iradəsinin ifadəsidir. Qərbdə müəyyən qüvvələr bunu hərbi çevriliş kimi sırımağa cəhd göstərir»-deyə, hərbçilər bəyan edib.