Bu gün hökumət qüvvələri Hələbi bombalayıb, nəticədə 29 nəfər ölüb. Ancaq bu son rəqəm deyil.
Bu barədə qərargahı Londonda yerləşən Suriya insan hüquqlarına riayət uğrunda monitorinq mərkəzi məlumat yayıb. Məlumata görə, 14 nəfər Hələbin Tarik əl-Bab rayonunda, 15 nəfər isə Əl-Bab və Tadef yaşayış məntəqələrində həlak olub.
”Frans Press”