Həcc ziyarətində böyük təhlükə
09 iyul 2013 16:37 (UTC +04:00)

Həcc ziyarətində böyük təhlükə

SARS epidemiyası yayılır, ölənlərin sayı 38-ə çatdı

 

 

Səudiyyə Ərəbistanında SARS (“Corona” virusunun yaratdığı, nəfəs almanı ağırlaşdıran xəstəlik)  epidemiyası tüğyan edir.

 

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi bu gün SARS xəstəliyindən 2 nəfərin həyatını itirdiyini və ölənlərin sayının 38 nəfərə çatdığını açıqlayıb.

 

“Corona” virusuna yoluxan 65 nəfər isə xəstəxanada müalicə alır. 2012-ci ilin dekabrından başlayaraq bu xəstəliyə yoluxma hallarına Səudiyyə Ərəbistanının Ahsa bölgəsi başda olmaqla, Bise, Riyad, Kasım və Taif bölgələrində də rast gəlinib. “Corona” virusunun yol açdığı xəstəlik 2003-cü ildə Asiya qitəsində 800 nəfərdən çox insanın ölümünə səbəb olub. Bu səbəbdən də SARS xəstəliyi həcc ziyarəti zamanı zəvvarlar üçün ciddi təhlükə mənbəyi sayılır. Buna baxmayaraq, bu gün Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin sözçüsü  Halid Mergalani zəvvarlar arasında bu xəstəliyinin yayılmasının qarşısını almaq üçün hər cür tədbirlər gördüklərini bəyan edib.

 

Xatırladaq ki, bir ay əvvəl Səudiyyə Ərəbistanı Məkkədəki Əl-Həram məscidinin bərpası ilə bağlı həcc ziyarəti ilə əlaqədar xarici ölkələrə ayrılan kvotanın 20 faiz, ölkə əhalisi üçün ayrılan kvotanın isə 50 faiz azaldıldığını bəyan etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1506
avatar

Oxşar yazılar

Kadırov ona heykəl qoymaq təklifinə  cavab verdi

Kadırov ona heykəl qoymaq təklifinə cavab verdi

15 iyul 2024 , 21:34
Çeçenistanda PARTLAYIŞ:  5 ölü, 26 yaralı

Çeçenistanda PARTLAYIŞ: 5 ölü, 26 yaralı

15 iyul 2024 , 15:15
Bu ölkənin baş naziri istefa verdi

Bu ölkənin baş naziri istefa verdi

15 iyul 2024 , 11:50
Çin genişmiqyaslı təlimlərə  başlayır

Çin genişmiqyaslı təlimlərə başlayır

15 iyul 2024 , 07:40
Üç ailə üzvünü  öldürdü, ikisini yaraladı

Üç ailə üzvünü öldürdü, ikisini yaraladı

15 iyul 2024 , 05:49
“Bayatı-Şiraz”ı oxuyan özbək müğənni GÜNDƏM OLDU  -VİDEO

“Bayatı-Şiraz”ı oxuyan özbək müğənni GÜNDƏM OLDU -VİDEO

15 iyul 2024 , 04:39
Pakistanda zəlzələ  baş verdi

Pakistanda zəlzələ baş verdi

15 iyul 2024 , 03:33
AÇ finalının yayımlandığı kafenin yaxınlığında PARTLAYIŞ BAŞ VERDİ

AÇ finalının yayımlandığı kafenin yaxınlığında PARTLAYIŞ BAŞ VERDİ

15 iyul 2024 , 02:03