Gürcüstanın baş naziri: “Seçimimiz Avropadır ”
27 noyabr 2013 14:48 (UTC +04:00)

Gürcüstanın baş naziri: “Seçimimiz Avropadır ”

“Gürcüstanın seçimi Avropa ailəsidir və bu proses dönməzdir ”.


 

APA-nın “Qruziya Online” xəbər portalına istinadən verdiyi məlumata görə, bu sözləri Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammiti ərəfəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.

 

İ. Qaribaşvili Vilnüs sammitinin Gürcüstanın gələcəyi üçün böyük əhəmiyyət daşıdığını bildirib: “Bizim seçimimiz Avropa ailəsi, Avropa yoludur. Bu proses dönməz xarakter alacaq. Assosiasiya sazişi Gürcüstanın qarşısında çoxlu yollar açacaq – biznes, ticarət və digər sahələrdə”.

 

Baş nazir Ukraynanın qərarının Gürcüstana neqativ təsir göstərəcəyi ilə bağlı fikirlərlə razılaşmayıb. O qeyd edib ki, Gürcüstan Rusiyadan Ukrayna qədər asılı deyil.

Xarici işlər naziri Maya Pancikidze də Avropa Birliyi ilə assosiasiya sazişinin Gürcüstan üçün önəmindən danışıb: “Avropa Birliyi ilə assosiasiya sazişi yeni nəsil sazişdir. İndiyə qədər əldə olunan razılaşmalardan fərqli olaraq, bu saziş AB ilə yaxınlaşmanın real və ciddi mexanizmlərini nəzərdə tutur. Sənəd Gürcüstanla Avropa Birliyi arasında münasibətləri bütün prioritet istiqamətlər üzrə keyfiyyətcə yeni səviyyəyə çıxaracaq”.

 

Xatırladaq ki, Vilnüs sammitində Gürcüstan və Moldova ilə AB arasında assosiasiya sazişi paraflanacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 876
avatar

Oxşar yazılar