Gürcüstanın avtomobil bazarında canlanma müşahidə olunur
15 avqust 2013 06:58 (UTC +04:00)

Gürcüstanın avtomobil bazarında canlanma müşahidə olunur

2013-cü ilin iyun-iyul aylarında Gürcüstanın avtomobil bazarında keçən ilin analoji dövrü ilə müqayisədə avtomobillərin satışı çoxalıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu “Kavkasus import” şirkətinin rəhbəri Georgi Surquladze deyib. Şirkət rəhbəri konkret rəqəmlər barədə danışmaq hələ tez olduğunu desə də, alıcıların 30 faizinin “Mercedes” markalı avtomobillərə üstünlük verdiyini bildirib.

 

O, qeyd edib ki, bazarda daha çox 10-15 min dollar dəyərində olan maşınlara tələbat var.
 

“Meqa avtomobil” şirkətindən isə əksinə satışın 40% aşağı düşdüyünü bildiriblər. Şirkət nümayəndələrinin sözlərinə görə, son zamanlar maşın idxalı ilə məşğul olan bəzi şirkətlər ölkəyə zədələnmiş, texniki cəhətdən problemli maşınlar gətirir. Nəticədə bu, şirkətlərin imicinə zərbə vurur.

 

“Meqa avtomobil”in məlumatına görə, hazırda Gürcüstanda daha çox 5-6 min dollar dəyərində olan offrouderlərə tələbat var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1609
avatar

Oxşar yazılar