Gürcüstanda xəncər gəzdirmək yasaqlanıb
30 noyabr 2013 05:47 (UTC +04:00)

Gürcüstanda xəncər gəzdirmək yasaqlanıb

Gürcüstan parlamenti vətəndaşların küçədə xəncərlə gəzməsini yasaqlayıb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, ictimai yerlərdə soyuq silahla gəzənlər 200 lari məbləğində cərimələnəcək.

 

Parlament üzvləri milli geyimlə xəncər gəzdirməyə icazə verib.

 

Bundan başqa kəsən və ya iynələyən vəsaiti yalnız şəxsi gigiyena, ov, balıqçılıq və kənd təsərrüfatı işlərində istifadə etmək üçün gəzdirmək olar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681
avatar

Oxşar yazılar