Prezident seçkisinin tarixi ilə bağlı yanlışlıq düzəldilib - YENİLƏNİB
01 iyul 2013 23:12 (UTC +04:00)

Prezident seçkisinin tarixi ilə bağlı yanlışlıq düzəldilib - YENİLƏNİB

Bir müddət öncə Gürcüstanda prezident seçkisinin oktyabrın 27-də keçiriləcəyi barədə məlumat yayılmışdı.Prezident adminstrasiyasından yayılan düzəlişə əsasən seçki oktyabrın 31-də keçiriləcək.

 

Lent.az-ın «Novosti Qruziya»-ya istinadən məlumatına görə, texniki səhv üzündən yanlışlıq olduğu haqda bildiriş yayılıb.

 

«Prezident adminstrasiyasının başçısı Andro Barnov seçkinin keçiriləcəyi tarixlə bağlı brifinq keçirib. O, baş vermiş yanlışlığa görə, ictimaiyyətdən üzr istəyib. A.Barnov yanlışlığın düzəldilməsi haqda Mərkəzi Seçki Komissiyasına uyğun hüquqi aktın göndərildiyini bildirib» - deyə, prezident adminstrasiyasının bəyanatında vurğulanıb.

 ***

22.45

Gürcüstan prezidenti Mixail Saakaşvili növbəti prezident seçkilərinin keçirilmə gününü təyin edib. Lent.az-ın APA-ya istinadən məlumatına görə,bu barədə Gürcüstan dövlət başçısının mətbuat katibi Manana Mancqaladze açıqlama verib.

 

Mancqaladze seçkilərin oktyabrın 27-nə təyin olunduğunu bildirib.

 

Hazırda Gürcüstan prezidentliyinə 3 namizəd məlumdur. Bunlar «Gürcü arzusu» koalisiyasını təmsil edən baş nazirin müavini, elm və təhsil naziri Georgi Marqvelaşvili», Leyborist partiyasının lideri Şalva Natelaşvili, həmçinin «Xalq məclisi» ictimai təşkilatının irəli sürdüyü parlamentin keçmiş sədri Nino Burcjanadzedir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1646
avatar

Oxşar yazılar