Gürcüstanda gözlənilməz istefa
12 avqust 2013 17:09 (UTC +04:00)

Gürcüstanda gözlənilməz istefa

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zurab Xaratişvili gözlənilmədən istefa verib.

 

Lent.az-ın Gürcüstan mətbuatına istindən verdiyi məlumata görə, MSK-nın katibi Qizo Mçedlidze deyib ki, Zurab Xaratişvili artıq bununla bağlı parlamentə müraciət edib.

 

O, Zurab Xaratişvilinin istefa ərizəsini bu gün yazdığını söyləyib.

 

Qeyd edək ki, oktyabrın 27-də Gürcüstanda prezident seçkiləri keçiriləcək və artıq prezident seçkiləri kampaniyası başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2072

Oxşar yazılar