Gürcüstanda baş nazir-prezident qarşıdurması
15 aprel 2013 16:52 (UTC +04:00)

Gürcüstanda baş nazir-prezident qarşıdurması

Gürcüstanda baş nazir-prezident qarşıdurması davam edir. Lent. az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, prezident Mixail Saakaşvili 2008-ci ildəki Gürcüstan-Rusiya müharibəsiylə bağlı yaradılan istintaq komissiyasının işində iştirak etməyəcəyini, suallara cavab verməyəcəyini bildirib. Saakaşvili bu komissiyanın dövlətçiliyi sarsıtmağa xidmət etdiyini deyib.

Baş nazir Bidzina İvanişvili isə bildirib ki, Saakaşvili neçə dəfə lazımdırsa, o qədər də istintaqa gələcək.

Saakaşvili-İvanişvili qarşıdurmasının aprelin 19-da pik nöqtəyə çatması gözlənilir. Çünki həmin gün prezidentin komandası Tiflisdə etiraz aksiyası keçirməyə hazırlaşır.

# 825
avatar

Oxşar yazılar