Gürcüstanın baş prokuroru Arçil Kbilaşvili istefa verdiyini bildirib.
Lent.az-ın Gürcüstan informasiya vasitələrinə istinadən məlumatına görə, istefası ilə bağlı o, bunları deyib: «İstefa vermək qərarın gəlmişəm. Onu da qeyd etmək istəyirəm ki, gələcək baş nazir İraklii Qaribaşvili ilə heç bir fikri ayrılığım yoxdur» .
O, bildirib ki, hazırkı baş nazir Bidzina İvanişvilinin ardınca vətəndaş cəmiyyətində fəaliyyət göstərmək niyyətindədir: «İvanişvili vətəndaş sektoruna keçmək haqda qərar qəbul edib, mən də onunla birlikdə bu sahədə fəaliyyət göstərəcəyəm».
A.Kbilaşvili onu da bildirib ki, noyabrın 17-dək, yeni prezident and içənədək vəzifəsini icra edəcək.