Gürcüstan Rusiyaya gedən yolu tam bərpa edib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Mtsxeta-Stepantsminda-Lars (Gürcüstan hərbi yolu) avtomagistralının 20 km-lik Kobi-Qudauri sahəsi tam yenidən qurularaq istismara verilib.
«Son 10-15 ildə baxımsızlıq ucbatından strateji əhəmiyyətli bu yol təəssüflər olsun ki pis vəziyyətə düşmüşdü» -deyə, Gürcüstanın baş nazirinin müavini Kaxa Kaladze Kobi-Qudauri sahəsinin təntənəli açılış mərasimində bildirib.
Onun sözlərinə görə, avtomagistarlın bu hissəsi müasir tələblərə cavab verəcək səviyyədə yenidən qurulub.