Gürcüstan Müdafiə və Təhlükəsizlik Konfransı başlayıb
28 iyun 2013 20:33 (UTC +04:00)

Gürcüstan Müdafiə və Təhlükəsizlik Konfransı başlayıb

 Bu gün Batumi şəhərində Gürcüstan Müdafiə və Təhlükəsizlik Konfransı işə başlayıb. APA-nın Gürcüstan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, konfransda Gürcüstanın baş naziri Bidzina İvanişvili, müdafiə naziri İrakli Alasaniya, xarici işlər naziri Maya Pancikidze, parlament nümayəndələri, həmçinin müxtəlif ölkələrdən hərbi qurumların, araşdırma mərkəzlərinin 220-dən çox nümayəndəsi iştirak edir.

 

Konfransda Gürcüstanın Avro-Atlantik məkana inteqrasiyasının perspektivləri, NATO ilə münasibətlər, Gürcüstanın müdafiə siyasəti, müdafiə sektorunda islahatlar və şəffaflıq, Qara dəniz regionu ilə Avropa arasında strateji tərəfdaşlıq və s. mövzularda müzakirələr aparılacaq.

 

Konfransda Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Silahlı Qüvvələrin hərbi attaşesi, polkovnik-leytenant İlham Əkbərov, Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Zaur Şiriyev, Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Xəzər İbrahim də iştirak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar

Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34
İsrail ordusunda  İNTİHARLAR:   2011-ci ildən bəri ən yüksək göstərici 

İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici 

17 iyul 2025 , 16:22
575 bal yığan abituriyenti evdən qovdular

575 bal yığan abituriyenti evdən qovdular

17 iyul 2025 , 15:09