Gürcüstan MSK-sına yeni sədr seçilib
12 sentyabr 2013 00:04 (UTC +04:00)

Gürcüstan MSK-sına yeni sədr seçilib

Gürcüstanda Mərkəzi Seçki Komissiyasının yeni sədri seçilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, MSK-nın yeni sədri Tamar Jvaniyanın namizədliyi ilə birlikdə ölkə prezidenti daha iki nəfəri MSK üzvü seçilmək üçün namizəd irəli sürüb. Yeni seçilən MSK sədrinin namizədliyini Gürcüstan prezidentinə bir qrup QHT tövsiyə edib. T.Jvaniyanı 6 MSK üzvü dəstəkləyib.


MSK sədri seçilməmişdən əvvəl T.Jvaniya BMT-nin inkişaf proqramının seçki layihələrinə rəhbərlik edib. T.Jvaniya 2004-2007-ci illərdə “Ədalətli Seçkilər və Demokratiya” adlı beynəlxalq cəmiyyətin direktoru olub. Onun istər yerli, istərsə də beynəlxalq səviyyədə seçki məsələləri sahəsində 13 illik iş təcrübəsi var.  

 

Qeyd edək ki, avqustun 12-dən bəri MSK sədri vəzifəsi vakant idi. Prezident seçkilərinə 11 həftə qalmış MSK sədri Zurab Xaratişvili istefa verib və siyasətlə məşğul olacağını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614

Oxşar yazılar