Gürcüstan İranla arasında olan vizasız rejimi bir tərəfli qaydada ləğv edib.
Lent.az-ın «Qruziya onlyan»a istinadən məlumatına görə, yeni qayda iyulun 2-dən qüvvəyə minib.
İki ölkə arasında vizasız rejim 2011-ci ilin yanvarından tətbiq olunurdu.
İyulun 2-dən İran vətəndaşları Gürcüstana səfər etmək üçün mütləq uyğun viza almalıdır. Ancaq Gürcüstan vətəndaşları hələ də İrana vizasız səfər edə biləcək.