Gürcüstan İrana münasibətdə özünü yığışdırır -ŞƏRH
03 iyul 2013 23:47 (UTC +04:00)

Gürcüstan İrana münasibətdə özünü yığışdırır -ŞƏRH

Gürcüstan İrana münasibətdə özünü yığışdırır

 

Son zamanlar İslam Respublikası ilə İran arasında münasibət diqqət mərkəzindədir. Tiflisdə hakimiyyət dəyişikliyindən sonra bu məsələ öz aktuallığını artırıb.

 

İranın sanksiyalardan yayınmasına rəsmi Tiflisin yardım etməsi məsələsinə nəzərlərin yönəlməsi Gürcüstan hakimiyyətinin addımlarında korrektələrə səbəb olub.

 

Yeri gəlmişkən Tehran bu münasibətlərə o dərəcə də önəm verirdi ki, hətta, Ermənistan və Gürcüstan ərazisindən öz neftin Avropaya çıxarmaq üçün kəmər belə çəkmək niyyətində idi (İran – Ermənistan – Gürcüstan - Qara dəniz - Avropa).

 

Gürcüstan İranla arasında olan vizasız rejimi bir tərəfli qaydada ləğv edib. Yeni qayda iyulun 2-dən qüvvəyə minib.

 

 

2010-cu ilin noyabr ayında Gürcüstanla İran qarşılıqlı qaydada vizasız gediş-gəlişə icazə verən müqavilə bağlayıb. Müqavilə 2011-ci ilin yanvarından qüvvəyə minib. 

İyulun 2-dən İran vətəndaşları Gürcüstana səfər etmək üçün mütləq uyğun viza almalıdır. Ancaq Gürcüstan vətəndaşları hələ də İrana vizasız səfər edə biləcək.

 

Lent.az-ın məlumatına görə, İran Xarici İşlər Nazirliyi Gürcüstanın bu ölkə ilə viza rejimini bərpa etməsinə münasibət bildirib.

Qurumun jurnalistlərə açıqlamasında vuğulanıb ki, Gürcüstandan onlara məsələ ilə bağlı məktub göndərilib : «Məktubda bildirilib ki, viza rejiminin bərpa olunması Gürcüstanda mühacirət qanununa yenidən baxılması və viza məsələsində yeni strategiyanın qəbul olunması ilə əlaqədardır».

Nazirlikdən bildirilib  ki, viza rejimi qanununun tətbiqi ilə bağlı qərarlar hər bir ölkənin daxili işidir: «Ölkələr öz vəziyyətinə, siyasi mənafeyinə uyğun olaraq viza rejimi haqda qərar qəbul edə, onu dəyişə, asanlaşdıra və ya müvəqqəti şəkildə məhdudlaşdıra bilərlər».

Vizasız rejimin ləğvinə Gürcüstanın baş naziri Bidzina İvanişvili açıqlama verib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, deyib ki, vizasız rejim ləğv edilsə də «iki ölkə arasında xoş məramlı qonşuluq münasibəti davam etməkdədir».

«Ölkəmizin ərazisinə «qara pulların» düşməməsi, eləcə də qoyulan embarqolarla Gürcüstan BMT-nin təqdimatına əməl edir.Biz üzərimizə düşən öhdəliyə əməl edir, eyni zamanda İranla xoş məramlı qonşuluq münasibətə davam etdiririk» - deyə, hökumət başçısı bildirib.

Haşiyə.Gürcüstanla İran arasında sərhəd qonşuluğu yoxdur. Bu baxımdan İvanişvili «xoş məramlı qonşuluq» deyəndə hansı ərazini nəzərdə tutur?

Onu da qeyd edək ki, son zamanlar İranın Gürcüstan vasitəsi ilə beynəlxalq sanksiyalardan yayındığına dair xəbərlər yayılır.

 

Gürcüstanın ədliyyə naziri Teya Tsulukiani deyib ki, BMT-nin sanksiyalarına uyğun olaraq, Gürcüstanda təxminən İranın 150 fiziki və hüquqi şəxsinin hesabı dondurulub.

 

«Bu istiqamətdə Gürcüstan hakimiyyəti məhkəmə hakimiyyəti ilə konsrtuktiv əməkdaşlıq edir»-deyə, o, «Wall Street Journal»-da çap olunmuş məqaləni şərh edərkən, söyləyib.

 

Xatırladaq ki, bu dərgi beynəlxalq sanksiyalardan yayınmaqda Gürcüstan hakimiyyətinin İrana yardım etdiyini yazaraq, rəsmi Tiflis ittiham etmişdi.

 

Ədliyyə naziri bu məsələni araşdıracaqlarına söz verib.

 

«İrana münasibətdə gömrük, iqtisadi və hüquq mühafizə orqanları ilə birgə nəzarət sistemi həyata keçirilir. Bu yaxınlarda BMT-nin nümayəndə heyəti respublikamızda olub. Onlar Gürcüstan hakimiyyətinin fəaliyyətini çox yüksək qiymətləndiriblər»-deyə, nazir vurğulayıb. 

 

 

Odur ki, Tiflisin qərarı İranın beynəlxalq sanksiyalardan yayınması üçün Gürcüstanın bankları, maliyyə sistemindən istifadə etməsi və öz ticarət əlaqələrini genişləndirməyə çalışması ilə əlaqədar olduğu istisna olunmur.

Beləliklə, iki ölkə arasında son həftə baş verənlərdən belə qənaətə gəlmək olar – rəsmi Tiflis Tehran hakimiyyətinə münasibətdə özünü yığışdırır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 965
avatar

Oxşar yazılar