Hazırda Moskvada yaşayan tanınmış gürcü müğənni Soso Pavliaşvili barəsində Gürcüstanın Baş Prokurorluğu cinayət işi açıb.
Lent.az-ın «Qruziya online»-yə istinadən məlumatına görə, o, bir qətli sifariş verməkdə suçlu bilinir.
Mənbənin xatırlamasına əsasən, ötən il noyabrın 24-də Moskvada yaşayan 43 yaşlı iş adamı Avtandil Aduaşvilinin cəsədi öz şəxsi minik avtomobilində aşkarlanıb.
Bu cinayət işi ilə bağlı 6 nəfər saxlanılıb.Onlardan biri də Soso Pavliaşvilinin kürəkəni Vaxtanq Çxapeliyadır. Gürcü müğənni ilə Aduaşvilinin yaxın münasibəti olub.
Martın 29-da birinci məhkəmə iclası keçirilib. Məhkəmə işi aprelin 12-də yenidən keçiriləcək.