Özbəkistan prezidentinin qızından ŞOK İTTİHAM: "Məni anam məhv etdi"
22 noyabr 2013 13:43 (UTC +04:00)

Özbəkistan prezidentinin qızından ŞOK İTTİHAM: "Məni anam məhv etdi"

Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova özünün Twitter hesabını bağlayıb. Amma bundan əvvəl son günlər ətrafında baş vermiş qalmaqalla münasibət bildirməyə də imkan tapıb. Lent.az-ın uznews.net-ə istinadən verdiyi məlumata görə, özünün tvitter səhifəsində bütün baş verənlərdə anasını və ailəsindəki digər qadınlara qarşı ciddi ittihamlar irəli sürüb.
 

Gülnarə Kərimovanın twitterdəki qeydlərini müəyyən ixtisarlarla təqdim edirik.

 

 “Çoxları mənim ətrafımda baş verənləri anlaya və nə ilə bağlı olduğunu bilmir. Bəlkə də indi analiz etməyin yeri deyil, amma zaman ən yaxşı tərəzidir. Qəribəsi odur ki, nəyə görə insanlar, özü də mənə kifayət qədər yaxın insanlar sonradan özümə qarşı silaha çevrilir və hər şeyi məhv edir? Mən inadkarlığım, daim işləyənlərin. Yaradıcı insanların, yanında olmağıma, onları dəstəkləməyimə görə bəziləri üçün çoxdan arzuolunmaz adama çevrilmişdim. Hətta indinin özündə belə informasiya lentlərinə nəzər salıb kimin necə işlədiyini, qadınlar üçün pulsuz diaqnostika, gənc sahibkarlara dəstək layihələri həyata keçirdiyimizi görmək olar. Müasir dünyada bu işlərin üzərində analitik strukturlar, şirkətlər, peşəkar analitiklər işləyir. Heç nə öz-özünə baş vermir!

Mənim günü-gündən vüsət alan uğurlarım ailəmizin qadın üzvlərində qıcıq yaradırdı. Əslində bu da başa düşülən idi. Onlar əllərində olan varidatla sonsuz hökmranlığa nail olmaq istəyirdilər. O zaman ki emosiyadasan, deməli, səhv etməkdən sığortalanmamısan! Mən bunu çoxdandır anama demək istəyirdim. O, mənə vəd etmişdi ki, “onun işlərinə burnumu soxsam”, mənimlə bağlı olan hər şeyi məhv edəcək! Amma onun işlərində baş verənlər narahatlıq doğurmaya bilməzdi!

 

Anamın nəzarətində olan qaranlıq biznesi, “Əbu Saxiy” bazarı Çindən, Türkiyədən, Dubaydan daşınan və heç bir gömrük rüsumu ödənməyən mallar, Fərqanə vadisindəki zavodlar və bütün bu işlərə bacısı oğlu Əkbərəli nəzarət edirdi. 2013-cü ilin oktyabrında o, həbs edildi. Əkbərəlinin adamları anam və bacım Lola üçün işləyirdi. Onlara çoxlu sayda imarətlər tikdirir, mənzillər alır, dünya ulduzlarının iştirakı ilə gecələr təşkil edir, zinət əşyaları, geyim alır, bir sözlə, nə ürəklərindən keçən hər istəyi yerinə yetirirdi. Əkbərəlini hələ 2012-ci il-də tutmaq istəyirdilər. Anam onu xilas etmək, adamlarını həbsdən çıxarmağa çalışırdı. Həmin Əkbər hələ də gec partlayan bombadır, o, hər şeyi bilir, özü də necə. O, ağlasığmaz şeylər danışırdı. Mən çalışırdım ki, başqaları kimi ona qulaq asmayam.  Onu atamın yanına aparmaq istəyirdim. 2013-cü ilin oktyabrında Əkbərəlini içəri saldılar. Anam söz verdi ki, bu hərəkətimə görə, məni məhv edəcək!

 

İndi o, vədinə əməl edir!

 

Gülnarə Kərimova

21 noyabr, 2013-cü il, Daşkənd”.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6659
avatar

Oxşar yazılar