Geyimi «islami» olmayan qadın üzgüçünün rekordu qeydə alınmayıb
06 iyul 2013 06:50 (UTC +04:00)

Geyimi «islami» olmayan qadın üzgüçünün rekordu qeydə alınmayıb

İranlı üzgüçü İlham Əsgəri bildirib ki, islam Respublikasının İdman Nazirliyi onun rekordunu qeydə almaqdan imtina edib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, nazirlik buna səbəb kimi onun üzgüçülük geyiminin «şəriət normalarına uyğun olmadığı» əsas olaraq, göstərilib.

 

Mənbə bildirib ki, 32 yaşlı xanım Əsgəri 18 km-i 8 saata Xəzərdə üzüb.

 

O, geyiminin qapalı olduğunu söyləyib. Bundan başqa İ.Əsgəri qadınlar üçün nəzərdə tutulan çimərlikdə rekordu üzdüyünü də bildirib.

 

İranın Üzgüçülük Federasiyası nəticəni qeydə almamasını həmin vaxt orada rəsmi təmsilçisinin olmaması ilə əsaslandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1403
avatar

Oxşar yazılar