Çin ordusunun tanınmış generalının oğlu qrup şəkilində cinsi təcavüzdə təqsirli bilinir.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda rəsmi «Sinxua» agentliyi xəbər yayıb.
Generalın 17 yaşlı oğlu Li Tyani bu ilin fevralında Pekindəki mehmanxanalardan birində barda daha 4 nəfər şübhəli ilə birlikdə bir qadını zorlayıb. Onlara qarşı da uyğun ittiham irəli sürülüb.
Başqa bir olayla bağlı o, iki il nəzarət altında saxlanılıb. Həmin hadisə zamanı general oğlu yolunu kəsmiş maşının sürücüsünə basqın edib. Onda Li «BMW» markalı dövlət növmrə nişanı olmayan maşını özü idarə edirmiş. Ölkədə vətənsevərlik mahnıların ifaçısı kimi tanınan atası general Li Şuantszyan baş vermiş hadisəyə görə zərərçəkəndən şəxsən üzr istəyib.
Li Taninin davranışı cəmiyyətdə çox pis qarşılanıb.Bir çoxları onun hərəkətini belə dəyərləndirib: «Ölkədə qanunlar belələri üçün yazılmayıb».