General Pərviz Müşərrəf «vətənə xəyanətdə» ittiham ediləcək
06 aprel 2013 07:14 (UTC +04:00)

General Pərviz Müşərrəf «vətənə xəyanətdə» ittiham ediləcək

Pakistanda Ali Məhkəmə keçmiş prezident, general Pərviz Müşərrəfə qarşı «vətənə xəyanət» ittihamının araşdırılmasına başlayıb.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,  Ali Məhkəmənin rəhbəri prosesin aprelin 8-də keçiriləcəyini bildirib.

Ali Məhkəmənin sədri keçmiş dölət başçısının 2007-ci ildə tətbiq etdiyi fövqəladə vəziyyətlə bağlı araşdırmaya başlamağı tapşırıb.

Pərviz Müşərrəf bu il martın 24-də son illər mühacirətdə yaşadığı Britaniyadan vətəninə dönüb.

 

O, mayın 11-də keçiriləcək parlament seçkisində iştirak etmək niyyətində olduğunu açıqlamışdı.Keçmiş prezident buna qədər də 2007-ci ildə ölkənin keçmiş baş naziri mərhum Bənazir Bhuttoya qarşı sui-qəsdə və 2006-cı ildə etnik bəluc liderin ölümünə görə məhkəmələrə cəlb edilib.

 

# 384
avatar

Oxşar yazılar