FTB yüzdən çox uşağı seksual istismardan xilas edib
30 iyul 2013 06:51 (UTC +04:00)

FTB yüzdən çox uşağı seksual istismardan xilas edib

ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) ölkənin 76 şəhərində 100-dən çox uşağı seksual istismardan xilas edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu irimiqyaslı əməliyyat nəticəsində 150-yə yaxın sutnyor həbs olunub. FTB əməkdaşları ölkənin qumarxanaları, motellər və yerli yük maşınlarının dayanacaqlarında reydlər keçirib.

 

FTB direktorunun köməkçisi Ronald Xosko bildirib ki, uşaq fahişəliyi bütün Amerika üçün təhlükəli hala çevrilib.

 

O, qeyd edib ki, cinsi istismara məruz qalanın ən gənci 13 yaşlı oğlandır.

 

2003-cü ildən FTB 2700-dək həddi-büluğa çatmayan uşağı seksual istismara qarşı mübarizə çərçivəsində xilas edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1111
avatar

Oxşar yazılar