FTB ilk terrorçu qadının adını açıqlayıb
ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) tərəfindən axtarışda olan ilk terrorçu qadının adı açıqlanıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, FTB onu Qara Azadlıq Ordusu və Qara Qaplan Partiyasının üzvü, qaçaq kimi qeydiyyata alıb. Coan Debora Çesimard, daha çox Assat Şakur adı ilə tanınan ömürlük həbs cəzasına məhkum edilmiş bu terrorçu qadın 1979-cu ildə Nyu- Cersi həbsxanasından Kubaya qaçıb. O, 1970-ci illərdə bank soyğunçuluğu, polis əməkdaşlarına basqınların fəal iştirakçılarından olub. Doğum tarixi dəqiq bilinməsə də hazırda 60-61 yaşı olduğu bildirilib.
Assat Şakur FTB-nin siyahısındakı axtarışda olan 20 terrorçudan biridir.
Siyahıda onun adı artıq təhlükəli olmayan terrorçu kimi çəkilir. Bununla belə onun həbsi üçün təyin olunan mükafat iki dəfə artırılaraq, 2 milyon dollar olub.